Qeyd edək ki, vulkanda 4 dekabrda meydana gələn partlayışdan sonra yaxınlıqdakı yaşayış yerləri sıx kül və tüstü ilə örtülmüşdü.

SİA xəbər verir ki, İndoneziyanın Şərq Yava əyalətindəki Semeru vulkanında dekabrın 4-ündə meydaha gələn partlayışdan sonra ölü sayı 22-ə çatıb

Ölkənin Milli Fəlakət Agentliyinin (BNPB) səlahiyyətlisi Abdul Muharinin verdiyi məlumata görə, Lumajanq bölgəsində olan 3676 metr yüksəklikdəki vulkanda partlayışdan sonra daha 8 adamın daha cəsədinin tapılmasıyla ölü sayı 22-ə çıxıb.

Vulkanda dekabrın 6-da erkən saatlarda meydana gələn partlayış səbəbiylə ara verilən axtarış-xilasetmə işləri yenidən davam edib. İtkin düşən 27 nəfər hələ axtarılır. Yaralanan 56 adam xəstəxanada müalicə alır.

Təxminən 3 min ev və 38 məktəbə ziyan dəyib.

Semeru Vulkanı Rəsədxanasından verilən məlumatda bildirilir ki, vulkan ətrafında təhlükə hələ davam edir, bölgədən uzaq durulmalıdır.

Qeyd edək ki, vulkanda 4 dekabrda meydana gələn partlayışdan sonra yaxınlıqdakı yaşayış yerləri sıx kül və tüstü ilə örtülmüşdü. Bu səbəbdən bir çox kənd qaranlığa bürünüb, 902 adamın etibarlı bölgələrə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...