ABŞ Pekin Olimpiadasını boykot elan edib?

ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

SİA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə