Donbassdakı müharibə Rusiya və ABŞ arasındadır - Poltava meri

"Ukraynanın şərqindəki münaqişə “qardaşlar arasında” müharibədir və eyni zamanda, Rusiya ilə ABŞ arasında qarşıdurmadır". SİA xəbər verir ki, bu barədə Poltava meri Oleksandr Mamai bildirib.

O, bildirib ki, Ukrayna ərazisində “iki fövqəldövlət müharibə aparır – Amerika Birləşmiş Ştatları və Rusiya. Eyni zamanda o əlavə edib ki, gənclər, məsələn, Poltava Texniki Universitetinin hərbi fakültəsinin tələbələri “qeyri-rəsmi söhbətlərdə Ukraynanın kənardan idarə olunmasına qarşı çıxırlar.

Mamai Ukraynanın şərqində toplum şəklində yaşayan ruslala bağlı narahatlığını bildirib. "Qardaşın qardaşa qarşı olması ayıbdır" deyə o qeyd edib.

Poltava rəhbəri Ukraynanın 2014-cü ildən sonra tətbiq etdiyi iqtisadi sanksiyaların zərərindən də şikayətlənib

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya illik müraciəti zamanı Rusiya prezidenti Vladimir Putinlə dialoqdan qorxmadığını və bunsuz Donbassdakı münaqişənin həllinin mümkün olmadığına inandığını bildirib. Ukrayna liderinin bəyanatı müxalifətçi deputatlar tərəfindən tənqid edilib. “Batkivşina” partiyasının nümayəndəsi bildirib ki, Ukrayna öz mövqeyini “Normand dördlüyü” ölkələri, Böyük Britaniya və ABŞ ilə əlaqələndirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə