Pandemiya dövründə silah satışı artıb

2020-ci ildə koronavirus pandemiyası böyük silah istehsalçılarının gəlirinin azalmasına səbəb olmayıb.

SİA xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında yer alır.

Məlumatda qeyd edilir ki, böyük hərbi ləvazimat istehsalçıları ardıcıl 6 ildir satışları artırır. 2020-ci ildə silah sektorundakı 100 böyük şirkətin dövriyyəsi 531 milyard dolları keçib ki, bunun da yarısı ABŞ-ın payına düşür.

2020-ci ildə qlobal iqtisadiyyatın 3 faiz kiçilməsinə rəğmən, silah satışları 1,3 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...