Almaniyada karantin əleyhdarları saxlanılıb

Almaniyanın paytaxtı Berlində koronavirus məhdudiyyətləri əleyhdarlarının aksiyaları zamanı ümumilikdə 58 nəfər saxlanılıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Belə ki, Rusiyanın TASS agentliyi bu barədə məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 22-i qadın, 36-sı kişi olmaqla 58 nəfərdirlər.

Qeyd edək ki, Berlində asayişi 650-yə yaxın polis təmin edib.

Nümayiş zamanı iki polis zabiti xəsarətlər alıb. Həmçinin bir neçə jurnalist də hücuma məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...