Ukraynanın Belarusdakı hərbi ataşesi Belarusun Müdafiə Nazirliyinə çağırılıb.

SİA xəbər verir ki, nazirlik tərəfindən hərbi attaşeyə etiraz notası təqdim edilib.

Yayılan mlumatlara görə, buna səbəb Belarus sərhədlərinin pozulması olub.

Qeyd edək ki, Belarus tərəfinin iddiasına görə, 4 dekabr 2021-ci il tarixində Ukraynaya məxsus Mi-8 tipli helikopter Novaya Rudnya kəndi ərazisində Belarus Respublikasının hava məkanına daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə