Koronavirusdan ölənlərin sayı 130 200 nəfərə yüksəlib - İRANDA

İranda ötən sutka ərzində 76 nəfər koronavirusdan (COVID-19) ölüb. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 200 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3109 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 134 465 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə