İtaliyada COVID qurbanlarının sayı 134 mini ötüb

Ötən gün İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 16 min 632 nəfər artaraq ümumilikdə 5 milyon 94 min 72-yə yüksəlib.

SİA xəbər verir ki, virusun qurbanlarının sayı isə 75 nəfər artaraq 134 min 152-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 636 min 592 test icra edilib, virusdan sağalanların sayı 8988 nəfər artaraq 4 milyon 736 min 202 olub.

Reanimasiya şöbəsində olan xəstələrin sayı 732 nəfər, aktiv COVID-19 xəstələrinin sayı 223 min 718-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...