"Nüvə beşliyi" yekun kommünike qəbul edib

"Nüvə beşliyi"nə qoşulan beş dövlətin nümayəndələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiq olduqlarını təsdiq ediblər.

SİA xəbər verir ki, bu barədə dekabrın 2-3-də Parisdə keçirilən "nüvə beşliyi”nin konfransının yekunları üzrə qəbul edilmiş birgə kommünikedə deyilir.

Sənəddə tərəflər, həmçinin nüvə dövlətləri ilə ASEAN ölkələri arasında Cənub-Şərqi Asiyada nüvə silahından azad zona haqqında Müqavilənin Protokoluna dair məsləhətləşmələrin təşviqinin vacibliyini xatırladıblar.

Beş nüvə dövlətinin nümayəndələri Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılmasını dəstəklədiklərini də qeyd ediblər. Qeyd edək ki, "beşliy"ə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...