Belarusun sanksiyalardan itkiləri hesablanıb

Avropa İttifaqnın rəsmi Minskə qarşı sanksiyaları Belarusun ildə 250-300 milyon dollar dəyərində enerji və neft-kimya məhsulları ixracına təsir edir.

SİA xəbər verir ki, bu barədə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, Belarus müəssisələri üçün ilk növbədə Çin, Rusiya və Afrika qitəsinin bazarlarına istiqamətlənməsi bir nömrəli vəzifədir.

Bütün xəbərlər Facebook səhifəmizdə