İçərisində insan qalıqları olan beş çanta tapıb

Meksikanın mərkəzində Sakatakas ştatının Fresnillo şəhərində polis tərəfindən içərisində insan qalıqları olan beş çanta tapıb.

SİA xəbər verir ki, meyit parçaları lazımi araşdırmaların aparılması üçün məhkəmə-tibbi ekspertiza bürosuna aparılıb.

Cəsədlərin kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, son 24 saat ərzində bölgədə azı 9 nəfər həlak olub.

Xatırladaq ki, Sakatekasda bir neçə ildir ki iki (“Sinaloa” və “Yeni Nəsil Xalisko”) narkotik kartelləri arasında münaqişə davam edir. Bu, ştat üzrə qətllərin sayının kəskin artmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə