Bir sıra ölkələrə uçuşlar dayandırılıb

Dünya ölkələrində epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar Özbəkistan dekabrın 4-dən gələn il yanvarın 10-dək Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar, Lesoto, Esvatini, Tanzaniya və Honkonqa olan giriş, çıxış və tranzit reyslərini dayandırıb.

SİA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sözügedən ölkələrin vətəndaşları, bu dövlətlərdə yaşayan, ancaq vətəndaşlığı olmayan şəxslər, həmçinin 14 gün ərzində bu ölkələrdə olan üçüncü ölkə vətəndaşları Özbəkistan ərazisinə buraxılmayacaq.

Məlumatda bildirilir ki, bu ölkələrdə epidemioloji vəziyyət yaxşılaşdıqca beynəlxalq reyslər bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə