Valeri Pekres də Fransa prezidentli olmaq istəyir

Fransanın İle-de-Frans regionunun rəhbəri Valeri Pekres Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd seçilib.

SİA xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanal qeyd edir ki, seçkilər Respublikaçılar Partiyasının qurultayında keçirilib və o, daha sağçı xəttin tərəfdarı olan həmkarı Erik Sottini məğlub edib.

Pekres seçicilərin demək olar ki, 61faizinin, Sotti isə 39 faizindən bir qədər çoxunun dəstəyini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə