Avropanın sağçı partiya liderləri Varşavada

Polşanın hakim Hüquq və Ədalət Partiyası Yaroslav Kaçinski Varşavada Avropanın ən böyük sağçı mühafizəkar partiyalarının toplantısını təşkil edərək əməkdaşlığın dərinləşdirilməsi və Avropa İttifaqının inkişafı üçün üstünlük verilən istiqamətləri müzakirə edib.

SİA xəbər verir ki, görüşün təfərrüatları barədə jurnalistlərə Avropa Parlamentinin polşalı deputatı Tomaş Poremba məlumat verib.

“Bu görüş, ilk növbədə, müxtəlif tərəflər arasında Avropa səviyyəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət etmək məqsədi daşıyır, həmçinin Aİ-nin fəaliyyətində yeni dəyişikliklər tələb edən sahələri müəyyən etmək üçün keçirilir. Hazırda Aİ-də yeni mühafizəkar partiyalar qrupunun yaradılması nəzərdə tutulmur. Gələcəkdə görəcəyik, lakin hələlik belə bir mövzu yoxdur” – deyə, o bildirib.

Avropa Parlamentinin deputatının qeyd etdiyi kimi, Aİ-nin federallaşdırılması və super dövlətə çevrilməsi ideyasına alternativ formalaşdırmaq üçün növbəti aylarda müxtəlif səviyyələrdə belə görüşlər mütəmadi olaraq keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB