Nüvə stansiyası yaxınlığında güclü partlayış...

İranın Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsi eşidilib

SİA xəbər verir ki, partlayışın səsini, eləcədə ətrafa saçan güclü işığı yerli sakinlər də görüb.

İranın FARS agentliyinin məlumatına görə, səmada Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən naməlum pilotsuz təyyarə vurulub.

Digər məlumata görə isə HHQ-nin keçirdiyi təlimlərdə atılan mərmilərin səsidir. Lakin hələ də rəsmi məlumat açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə