Türkiyə iki ölkə arasında dialoq təşkil edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında dialoq təşkil edə bilər.

SİA xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, biz bu iki ölkə arasında heç bir münaqişəni dəstəkləmirik və gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq. Bir çox Qərb dövlətlərinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu mövzuda xüsusi mövqeyi mövcuddur. Təbii ki, hər iki tərəf buna müsbət baxarsa, Türkiyə də müəyyən rol oynaya bilər. Prezidentimiz Putinlə Zelenski arasında görüş təşkil etməklə deeskalasiya istiqamətində konstruktiv addım ata bilər” , – İbrahim Kalın deyib.

İ. Kalın deyib ki, rəsmi Ankara Donbasda hərbi qarşıdurmaya və müharibəyə səbəb ola biləcək proseslərə qarşıdır:

Bütün xəbərlər Facebook səhifəmizdə