Meksikada 500 illik Aztek qurbangahı tapılıb

Meksikada arxeoloqlar paytaxt Mexiko şəhəri yaxınlığında, küçə musiqiçiləri ilə məşhur olan Qaribaldi meydanının yaxınlığında 16-cı əsrə aid Aztek qurbangahı aşkar ediblər. SİA xarici mətbuata istinadən bildirir ki, qurbangahın İspaniyanın Azteklərin paytaxtı Tenochtitlanı tutmasından sonra tikildiyi güman edilir. Mütəxəssislər bildirirlər ki, tarixi bina ölən ailə üzvlərinin xatirəsini yad etmək üçün Aztek evinin həyətində tikilib. Qeyd edək ki, qurbangahın içərisində insan külü ilə doldurulmuş da tapılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə