Rusiya Ukraynaya hücum planlaşdırır - ABŞ kəşfiyatından İDDİA

"Rusiya 2022-ci ildə bir neçə cəbhədən Ukraynaya hücuma keçməyi planlaşdırır".

SİA xəbər verir ki, bu barədə "Washington Post" qəzeti etibarlı mənbədən əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu 175 min hərbçi ilə gələn ilin əvvəlindən Ukraynaya müxtəlif cəbhələrdən hücuma keçəcək. İşğal planına həmçinin zirehli texnika, artilleriya da cəlb olunacaq.

Qeyd edək ki, rəsmi Kiyev bundan əvvəl yanvarda müharibə olacağı barədə xəbər yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə