Ermənistanda daha 25 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 419 nəfərdə COVID-19 aşkarlanıb.

SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 340 396-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 25 nəfər artaraq 7 669-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 454 nəfərdir. İndiyədək 320 439 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 834 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə