İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.

Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...