Avropa İttifaqı Komissiyası Türkiyədəki suriyalı qaçqınlar üçün qüvvədə olan Sosial Birlik Yardımının (ESSN) 2023-cü ilə qədər uzadılması məqsədilə 325 milyon avro (5 milyard TL) ayırıb.

SİA xarici mətbuata istinadən bildirir ki, 1,5 milyondan çox qaçqın təcili ehtiyaclarını ödəmək üçün ESSN-dən faydalanır.
ESSN qaçqınlara kirayə haqqı, nəqliyyat xərcləri, kommunal ödənişlər, qida və dərman kimi ən vacib ehtiyaclarını ödəməyə kömək edir. Əvvəlki gün açıqlanan fond, Türkiyədəki qaçqınlara dəstək məqsədi daşıyan 25 iyunda açıqlanan 3 milyard Avro (46,6 milyard TL) yeni maliyyə dəstəyi paketinin bir hissəsini təşkil edir.
ESSN qaçqınlara kirayə haqqı, nəqliyyat xərcləri, kommunal ödənişlər, qida və dərman kimi ən vacib ehtiyaclarını ödəməyə kömək edir. Türkiyədəki qaçqınlara dəstək məqsədi daşıyan 3 milyard Avro (46,6 milyard TL) yeni maliyyə dəstəyi paketinin bir hissəsini təşkil edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə