Yunanlar da peyvənd qaydaları sərtləşdirdi

Yunanlar da  peyvənd qaydaları sərtləşdirdi

Yunanıstanda Milli Peyvənd Komitəsi koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddəti altı aydan üç aya endirib.

SİA xəbər verir ki, bunu Yunanıstanın ilkin tibbi-təcili yardım xidmətinin baş katibi Marios Femistokleous deyib.

Qərar “omikron” ştamının yayılması ilə əlaqədar qəbul edilib.

Yeni ştamın yayılması və bir sıra ölkələrdə, o cümlədən Yunanıstanda təsdiqlənməsi ilə əlaqədar olaraq, Milli Peyvənd Komitəsi bütün milli və beynəlxalq məlumatları nəzərdən keçirib və 18 yaşdan yuxarı bütün vətəndaşlara gücləndirici doza qəbul etməyə icazə verib”, – Femistokleus bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə