Fransa və Qətər Əfqanıstana 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimlərinin çatdırılmasını təmin edib.
SİA xəbər verir ki, bu barədə Fransa və Qətər xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilib.
Məlumatda qeyd olunub: "Birgə əməliyyat nəticəsində iki dövlətə Əfqanıstandakı beynəlxalq təşkilatlara 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimləri çatdırmaq mümkün olub".
Fransanın yardımının əsasən Qətər hərbi-nəqliyyat təyyarəsi tərəfindən çatdırılan tibbi avadanlıqdan ibarət olduğu dəqiqləşdirilib:
"Bu birgə humanitar əməliyyat Fransa və Qətər arasında uzunmüddətli tərəfdaşlığı, eləcə də iki ölkənin əfqan əhalisini dəstəkləmək öhdəliyini nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB