Fransa Britaniyanın təklifini qəbul etməyib...

Fransa Böyük Britaniyanın qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində La Manş boğazında birgə patrulun yaradılması təklifini rədd edib.

SİA xəbər verir ki, rəsmi Paris sözügedən ideyanın Fransanın suverenliyinə zidd olduğunu hesab edir.

Hökumət başçısı Jan Kasteks Birləmiş Krallığın Baş naziri Boris Consona məktubunda bildirib ki, ölkəsi Britaniya əsgərlərinin Fransa sahillərində patrula çıxmasını qəbul edə bilməz. Paris administrasiyası Boris Consonun Fransadan Britaniyaya gələn qanunsuz miqrantların geri qaytarılması təklifini də dəstəkləmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...