Türkiyədə daha 187 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin Türkiyənin Səhiyyə Nazirliyinin yeni növ koronavirusla bağlı yaydığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfər test edilib, onların 21 495-nin koronavirus testi pozitiv nəticə verib, 20 193 nəfər sağalıb.

Nazirliyin statistikasına görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 788 673 peyvənd tətbiq edilib ki, bunun 90,78 faizi birinci, 81,53 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Fəxrəddin Qoca COVİD-19-un mutasiyaya uğramış yeni ştama (Omricon) indiyədək Türkiyədə rast gəlinmədiyini bildirib. Nazir “Omricon”un daha sürətlə yayıldığını, ancaq ağır fəsad yaratması barədə məlumat yayılmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...