Humanitar yardım karvanına hücum edilib

Konqo Demokratik Respublikasında humanitar yardım daşıyan yük maşınına hücum təşkil edilib.

SİA xəbər verir ki, Cənubi Kivu ərazisində yerləşən Baraka şəhərində naməlum silahlı şəxslər humanitar yardım daşıyan yük maşınına hücum təşkil ediblər. Hadisə nəticəsində 4 nəfər həyatını itirib. Təcavüzkarlar humanitar yardım materiallarını götürdükdən sonra maşını yandırıblar.

Qeyd edək ki, Uzun müddətdir qarşıdurmaların davam etdiyi Şimali-Kivu və Cənubi Kivu bölgələrinə hümanitar yardım aparan könüllülər və yardım karvanlarına silahlı qruplar tərəfindən tez-tez hücum təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə