Çin balıqçı gəmisi Cənubi Koreya sahillərində qayalara çırpılıb

Cənubi Koreyanın Cənubi Jeolla əyalətinin Yeosu şəhəri sahillərində Çin balıqçı gəmisi qayalara çırpılıb. Toqquşmanın təsirindən su altında qalan gəmidəki heyət təxliyə edilib. SİA xarici mətbuata istinadən bildirir ki, qəzadan sonra Cənubi Koreya Sahil Mühafizəsi qruplarının axtarış-xilasetmə işlərinin aparılması üçün bölgəyə patrul gəmiləri və helikopterlər göndərib.
Qeyd edək ki, gəmidə 22 ekipaj üzvü olduğu və 18 nəfərin sahil mühafizə qrupları tərəfindən xilas edildiyi, 4 nəfərin isə gəmidəki su evakuasiya işlərinə kömək etmək üçün qaldığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə