Botsvanada "Omikron" ştamının ilk daşıyıcıları AVROPALI DİPLOMATLAR OLUB

Botsvanada yeni koronavirusun "Omikron" ştamının ilk yoluxma və daşıyıcı halları aşkar edilən bəzi diplomatlar məhz Avropadan bu ölkəyə gəliblər. SİA xəbər verir ki, bu sözləri Cənubi Afrika prezidenti Mokvetsi Masisi Prezident CNN-ə müsahibəsində söyləyib.

Qeyd edək ki, noyabrın sonunda Botsvana hökuməti COVID-19-un yeni variantı ilə dörd yoluxma halının müəyyən edildiyini açıqlayıb. Səlahiyyətlilərə görə, o, noyabrın 7-də ölkəyə “diplomatik missiya ilə” gələn dörd “xarici vətəndaş” üzərində tapılıb, hansıki onlar bir neçə gündən sonra ölkəni tərk ediblər.

"Diplomatlar bir sıra ölkələrdən, işlədikləri ölkələrdən gəliblər . Onlar Botsvanaya getmək üçün bəzi başqa ştatlardan keçiblər... Onlardan bəziləri Avropada olub. Digərləri isə başqa yerlərdə", deyə Cənubi Afrika prezidenti bildirib.

O, diplomatların bəzilərinin Avropadan Botsvanaya gəlməsi ilə bağlı deyilənlərlə razılaşıb. Eyni zamanda, prezident vurğulayıb ki, alimlər hələlik yeni ştamın yaranma mənbəyini göstərə bilmirlər.

Ölkə lideri bəzi dövlətlər tərəfindən tətbiq edilən hava nəqliyyatına qadağaları “demək olar ki, imperialist təfəkkürün” təzahürü adlandırıb. Onun sözlərinə görə, bu məhdudiyyətlər “qeyri-insani, alçaldıcı və qəbuledilməzdir”.

Xatırladaq ki, bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasdan sonra Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi "Omikron" ilə adlandırılıbdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə