Polşa-Belarus sərhədinə hərbçi göndərmək niyyəti var

Macarıstan və Çexiya Polşa-Belarus sərhədinə öz qoşunlarını göndərmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə naziri Mariuş Blaşçak jurnalistlərə söyləyib.

Bir qədər əvvəl o bildirilmişdi ki, Böyük Britaniya və Estoniya hərbi birləşmələri Belarusla sərhədin qorunmasına kömək etmək üçün artıq Polşaya gəliblər.

"Hazırda Polşa Ordusuna Macarıstan və Çexiya hərbi komponentləri ilə dəstək vermək üçün danışıqlar aparılır. Biz bu dəstəyi nə vaxt və hansı formula ilə alacağımız barədə danışırıq", deyə Blaşçak bildirib.

"Biz hesab edirik ki, ən yaxşı həll yolu müvəqqəti hasarların, giriş yollarının qrunması və tikintisi ilə bağlı yardımdır", deyə Blaşçak əlavə edib.

Xaıtladaq ki, son həftələrdə bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...