Britaniyada ümumi yoluxma sayı 10 milyonu ötüb

Böyük Britaniyada ötən gün koronavirusa 53 min 945 yeni yoluxma faktı qeydə alınıb, 141 nəfər həyatını itirib.

SİA xəbər verir ki, bununla da Krallıqda ümumi yoluxanların sayı 10 milyonu ötüb.

Həmçinin Britaniyada bu vaxtadək 32 nəfərdə “omikron” ştammına rast gəlinib.

Ölkədə 50 milyondan çox insan birinci doza, 46 milyon insan isə iki doza peyvənd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə