Yaponiya ölkəyə girişi sərtləşdirir

Koronavirusun “omikron” ştamının yayılma təhlükəsi ilə əlaqədar Yaponiya hakimiyyəti altı ölkə və regiondan gələnlər üçün karantin tələblərini sərtləşdirib.

SİA xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Belə ki, Qana, İrlandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Kaliforniyadan gələnlər üçün xüsusi müəssisələrdə üç günlük karantin tətbiq edilir. Müvafiq tədbirlər dekabrın 4-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə