“Avropa Sülh Fondu”ndan gürcülərə maliyyə yardımı

“Avropa Sülh Fondu” Gürcüstanın Müdafiə Qüvvələrinə 12,75 milyon avro həcmində maliyyə yardımı göstərəcək.

SİA xəbər verir ki, bununla bağlı Avropa Ittifaqı qərar qəbul edib.

Qərarına əsasən bu yardım Gürcüstan Müdafiə Qüvvələrinin döyüş qabiliyyətini, eləcə də böhran və ya fövqəladə vəziyyətlərdə mülki əhaliyə xidmət göstərmək imkanlarını genişləndirəcək.

Aİ-nın xarici əlaqələr bölməsindən bildirilib ki, 12,75 milyon avro həcmində vəsait Gürcüstana 36 ay ərzində təqdim olunacaq.

Sənəddə qeyd edilir ki, yardım əsasında ölkənin müdafiə qüvvələri tibbi və mühəndis avadanlığı, həmçinin, mülki nəqliyyat vasitələri ilə təmin ediləcək.

Aİ-nın qərarına əsasən Moldova 7 milyon, Ukrayna 31 milyon, Mali isə 24 milyon avro yardım alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...