Dekabrın 6-dan ABŞ-a gələnlər üçün sərt tədbirlər...

Omicron ştamının yayılması ilə əlaqədar olaraq, ABŞ hakimiyyəti dekabrın 6-dan etibarən ölkəyə gələn xarici vətəndaşlara qarşı daha sərt müayinə tədbirləri tətbiq edəcək.

SİA xəbər verir ki, ölkəyə daxil olan əcnəbilər peyvənd statusundan asılı olmayaraq, bir gün əvvəl koronavirus testindən keçməlidir. Testin cavabı mənfi olacağı təqdirdə ölkəyə girişə icazə veriləcək

Xatırladaq ki, əvvəllər tam peyvənd edilmiş səyahətçilərə ABŞ-a gəlməzdən üç gün əvvəl koronavirus testindən keçməyə icazə verilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...