Peyvənd olunmuş şəxsdə "omikron" aşkar edilib

Yohannesburqda omikron koronavirusa yoluxmuş Yunanıstan vətəndaşı COVID-19-a qarşı tam peyvənd olunmuşdur.

SİA xəbər verir ki, Səhiyyə naziri Thanos Pleuris və EODY Milli İctimai Səhiyyə Təşkilatının rəhbəri Teoklis Zautis ölkədə ilk dəfə omiron ştammına yoluxma halının aşkar edildiyini təsdiqləyib. Noyabrın 26-da Cənubi Afrikadan Kritə gələn 60 yaşlı iş adamı hazırda karantindədir.

Onun hava limanında verdiyi ekspress testin mənfi olduğu bildirilir. Ancaq ertəsi gün yüngül simptomlar müşahidə olunmağa başlayıb. Gündəlik ekspress testlər verən şəxsdə noyabrın 29-da cavab müsbət çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə