Ninza yenidən Fransada peyda olub...

Fransanın Şerburq-en-Kotantin şəhərində ninza kostyumu geyinərək avtomobil oğurlayan şəxs onu saxlamağa çalışan iki qadın polisə küt silahla xəsarət yetirib.

SİA xəbər verir ki, bu barədə “France Bleu” radiosu polisə istinadən məlumat yayıb.

Naməlum şəxs oğurladığı avtomobildən düşüb və polis ona bir neçə dəfə atəş açana qədər qadınlara xəsarət yetirə bilib. Nəticədə hücum edən şəxs ağır yaralanıb və xəstəxanaya aparılıb.

Yaralı polis əməkdaşları da yerli xəstəxanaya göndərilib, onların yüngül xəsarət aldıqları bildirilir.

Hadisənin baş verdiyi ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” səhifəsində Fransa polisinə dəstəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə