Bayden koronavirusa qarşı fəaliyyət planını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden cümə axşamı qış fəslində koronavirusa qarşı yeni mübarizə planını açqılayıb.

SIA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında bildirilib.

“Bu gün mən qış fəsli üçün COVID-19-a qarşı mübarizə çərçivəsində yeni fəaliyyət planımızı elan etmək niyyətindəyəm. Bu plana işin dayandırılması (fövqəladə vəziyyət zamanı federal qurumların işinin dayandırılması – red.) və karantin rejiminin tətbiqi imkanları daxil deyil”, dövlət başçı vurğulayıb

Bütün xəbərlər Facebook səhifəmizdə