Lukaşenko Putini doğma qardaş adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya dövlətinin başçısı Vladimir Putin ilə doğma qardaş olduğunu və dünyaya eyni gözlə baxdıqlarını qeyd edib. SİA xəbər verir ki, Lukaşenko bu sözləri “RİA Novosti”yə aşıqlamasında bildirib.

"Deyə bilərəm ki, Vladimir Putin məni dostdan artıq hesab edir, biz doğma qardaşıq. Ancaq ciddiyətə gəlsək, nəyin ortaq olduğunu bilirsiniz? Bu, məncə, indi aydın şəkildə özünü gəstərib, dünyanın əsas istiqamətləri və əsas problemlərinə eyni baxırıq. Biz bu dünyanı eyni gözlə görürük", - deyə Belarus prezidenti vurğulayıb.

Lukaşenko qeyd edib: "Biz bunların hamısını beynimizdə həzm edə, döndərə, bəzən bundan tamamilə eyni olmayan nəticələr çıxara bilərik, bir-birimizdən fərqli hərəkətlərimiz ola bilər, ancaq gözlərimiz bu dünyanı eyni şəkildə görür".

"Mən buna xüsusilə də son zamanlar əmin oldum. Biz həqiqətən də bəzi şeyləri çox dərindən nəzərdən keçiririk və görürəm ki, biz bütün bunlara eyni gözlə baxırıq, çox mehriban münasibətlərimiz var", - deyə Belarus prezidenti qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...