Kanada Belarusa qarşı sanksiyalara qoşuldu

Kanada Belarusa qarşı, 24 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici işlər naziri Melani Coli Belarus rejimi tərəfindən davam edən və sistematik insan hüquqlarının pozulmasına cavab olaraq bu gün 24 fiziki və 7 hüquqi şəxsə qarşı yeni sanksiyalar elan edib. Bu tədbirlər ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ilə koordinasiya əsasında həyata keçirilir”, deyə məlumatda bildirilir.

Kanadanın sanksiya tətbiq etdiyi Belarus vətəndaşları arasında prezident Lukaşenkonun oğlu Dmitri də var. Hüquqi şəxslər arasında “Prezident İdman Klubu” Respublika Dövlət-İctimai Birliyi, “Tsentrkurort” unitar müəssisəsi, “Peleng” ASC, “Qradservis” MMC, 140 saylı Təmir Zavodu, “Beltekeksport” QSC, “Aqat-elektromexanika zavodu” ASC də var.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, Minsk “təcavüz aktlarını” dayandırmadığı üçün Kanada Belarusa qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...