Borrell Donbasa səfər etmək niyyətindədir YAXIN VAXTLARDA

Aİ diplomatiyasının rəhbəri Josep Borrell yaxın gələcəkdə Ukraynaya, o cümlədən Donbasa səfər etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti cümə axşamı məlumat yayıb.

“Xozep Borrell yaxın gələcəkdə Dmitri Kulebanın dəvəti ilə Ukraynaya səfər etmək, o cümlədən Donbasa səfər etmək niyyətini təsdiqləyib”, deyə məlumatda qeyd edilir.

Mətbuat xidmətinin məlumatına görə, Kuleba Borrelə Donbassda və Ukraynanın dövlət sərhədində təhlükəsizlik vəziyyəti, habelə Rusiya Federasiyasının Ukrayna dövlətinə qarşı yeni təcavüz dalğasına hazırlaşdığı təhlükəsi barədə ətraflı məlumat verib.

Kuleba həmçinin Aİ-yə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü uzunmüddətli dəstəklədiyinə, Ukrayna iqtisadiyyatının sabitliyini gücləndirmək və Ukrayna dövlətinin təhlükəsizliyini gücləndirmək səylərinə görə təşəkkür edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə