...Beləliklə, ötən gün Ermənistandakı Mantaşev adına Sahibkarlar İttifaqı, Restoranlar Assosiasiyası və Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqı baş nazir Nikol Paşinyana açıq məktubla müraciət edərək Türkiyə məhsullarının ölkəyə idxalına qoyulan embarqonun ləğv edilməməsini təklif ediblər.
Onlar Nikola ünvanladıqları məktubda onu əmin ediblər ki, Türkiyə mənşəli mal idxal edən şirkətlər erməni bazarından çıxarıldıqdan sonra, ölkənin bir çox sahələrində “çiçəklənmə” baş verməkdədir. Ən başlıcası isə erməni istehsalçılarının istehsalları artıb və ən başlıcsı isə xeyli iş yerləri də açılıb. İndi artıq erməni istehsalçıları çətin də olsa, hələlik yerli bazarın tələbatını ödəməyə girişiblər.
...Təbii ki, təqdirəlayiq haldır. Yoxsa, ölkədəki işsizlik erməniləri lap tənbəl günə qoymuşdu. Budur, necə deyərlər, “iş gör, iş çıxsın”.
Deyim ki, ermənilərin bu təşəbbüsü artıq öz “bəhrəsini verməkdədir”. Belə ki, əldə olunan statistik məlumatlara görə, son günlər müxtəlif yollarla Ermənistana gətirilən türk mallarının həcmində xeyli azalma müşahidə edilməkdədir. Yəni, görünəni budur ki, Türkiyə mallarının Ermənistana idxalı 3-4 dəfə azalıb. Təbii ki, başlanğıc üçün pis göstərici deyil. Amma məsələ bundadır ki, mənşə ölkəsinin sertifikatının dəyişdirilməsi ilə bağlı iddialar hələ ki, əsaslandırılmayıb. Çünki belə sertifikatlar əsasında idxal olunan malların miqdarı və ya həcmi ilə bağlı heç bir statistik məlumat və ya sübut yoxdur.
Əslində...hərçən ermənilər “tərəzidə düz adam” olsalar da, nədənsə, adam bir az şübhələnməyə başlayır. Niyə? Çünki erməniyə türk etiketini üstünə tikib pal-paltar istehsal etməyə nə var ki? Amma deyim ki, Nikol hökuməti bu sahədə də ehtiyatlı tərpənərək bəyan edib ki, bundan sonra mənşə sertifikatının dəyişdirilməsi ilə bağlı məlumatı olan şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Çünki mənşə ölkəsi sertifikatının saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Bundan əlavə, bu “Ermənistanın imicinə” də xələl gətirə bilər(?).
Maraqlıdır ki, erməni başbilənləri türk mallarının idxalına qoyulan qadağanın Ermənistan iqtisadiyyatında heç bir narahatlıq yaratmayacağını bildirirlər. Onların fikrincə, bu gün artıq türk mallarını tez bir zamanda həm yerli, həm də başqa xarici ölkələrdən gətirilən məhsullar əvəzləyib. Ona görə də Türkiyədən idxalın bərpasının heç bir iqtisadi əsası yoxdur.
Yenə də erməni başbilənləri bu məsələnin iqtisadi tərəfi ilə yanaşı, mənəvi və emosional tərəflərinin də olduğunu bildirirlər. Onlara görə, 44 günlük müharibədə Azərbaycana mənəvi və maddi dəstək olan Türkiyə bunları gözə alsaydı, indi bunun bədəlini ödəməzdi.
...Deyim ki, nə qədər acınacaqlı görünsə də, əsil cılız erməni düşüncəsidir...
Amma, burada maraqlı da olsa, bir şeyi diqqətə çatdırmaq yerinə düşər. Belə ki, əksər erməni iş adamları türk mallarının Ermənistana tədarükünü ən azı 5 ildən sonra bərpa etməyin vacibliyini də istisna etmirlər. Əslində onlar bunu təklif edirlər. Çünki onlar nə yerli, nə də digər xarici ölkə deyərkən, əsasən Çindən gətirilən məhsulların türk malları ilə rəqabətdə uduzduğunu çox yaxşı anlayırlar.
Burada qeyd edək ki, bunu bir müddət əvvəl İrəvanın satış mərkəzlərində aparılan rəy sorğuları da təsdiq edir. Belə ki, erməni paytaxtındakı satış mərkəzlərində rəyi soruşulanlar arsında təkcə alıcılar deyil, həm də satıcılar da yerli əhalinin daha çox türk mallarına maraq göstərdiklərini etiraf edirdilər.
Ona görə də, əksər erməni iş adamları Türkiyə mənşəli malların idxalına əlavə məhdudiyyət və qadağalar tətbiq edilməsinə baxmayaraq, onlar türk istehsalı olan məhsulların Ermənistana gətirilməsində maraqlı olduqlaını gizlətmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB