Makron Consonu təlxək adlandırıb - SİYASİ QALMAQAL

Makron Consonu təlxək adlandırıb - SİYASİ QALMAQAL

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu “böyük ölkə”ni idarə edən təlxək adlandırıb. Bu barədə “The Guardian” “Le Canard Enchaîné” jurnalına istinadən xəbər verir.

Qeyd olunur ki, Makron telefon danışıqlarından sonra Consonun davranışından şikayətlənib. Siyasətçilər noyabrın 24-də La-Manş boğazında batan qaçqın qayığı ilə bağlı vəziyyəti müzakirə ediblər.

Fransa lideri Conson administrasiyasını “sirk” adlandırıb və baş naziri özünü qurban kimi göstərməyə çalışdığına görə qınayıb. Makron bildirib ki, Consonla əvvəlcə “böyüklər kimi" məsələləri müzakirə edirlər, sonra isə britaniyalı baş nazir özünü vulqar şəkildə aparmağa başlayıb.

Bundan əvvəl bildirilmişdi ki, Makron Consonu miqrant böhranını ciddi qəbul etməməkdə ittiham edib.

Qeyd edək ki, Fransa və Böyük Britaniya rəsmiləri La-Manş boğazında Böyük Britaniyaya üzərək getmək istəyən 27 miqrantın ölümündə bir-birini günahlandırır. Bu, 2014-cü ildən bəri La-Manş kanalında baş verən ən böyük belə faciədir. Londonun fikrincə, Paris öz sahillərinin mühafizəsinin öhdəsindən gəlmir, Britaniya isə qitəyə öz patrullarını göndərmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə