Koronavirusdan ölənlərin sayı 7 631-ə yüksəlib - ERMƏNİSTANDA

Ermənistanda son sutkada daha 558 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 578-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 7 631-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 450 nəfərdir. İndiyədək 318 481 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 12 016 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...