Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib

ABŞ hakimiyyəti Rusiya rəsmiləri ilə iki ölkənin prezidentləri Cozef Bayden və Vladimir Putin arasında keçirilə biləcək görüşlə bağlı "bir neçə səviyyədə" əlaqədədir.

SİA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ və Rusiya prezidentlərinin mümkün görüşünü şərh edərkən deyib.

Eyni zamanda Cen Psaki iki ölkə lideri arasında baş tutan telefon danışıqları və ya digər qarşılıqlı fəaliyyət variantları barədə paylaşacağı məlumatın olmadığını qeyd edib.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov iki ölkə arasında sammitin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, V.Putin və C.Baydenin görüşünə dair məsələ yaxın zamanda aydınlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə