"...Tətikdə olmağa davam etməliyik!"

Litvanın paytaxtı Riqada təşkil edilən və Türkiyəni Xarici işlər naziri Mövlud Çavuşoğlunun təmsil etdiyi iki günlük NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı təşkil olunub

NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) NATO ölkələri xarici işlər nazirlərinin Rusiyanın gələcəkdə hər hansı bir təcavüzkarlığının böyük əvəzi, siyasi və iqtisadi nəticələri olacağını açıq söylədi.

SİA xəbər verir ki, Ukrayna sərhədindəki hərbi hərəkətliliklə əlaqədar Rusiyadan bəhs edilən bugünkü (1 dekabr) iclasda Ukrayna və Gürcüstan xarici işlər nazirləri də iştirak edib.

Litvanın paytaxtı Riqada təşkil edilən və Türkiyəni Xarici işlər naziri Mövlud Çavuşoğlunun təmsil etdiyi iki günlük NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı təşkil olunub.

Y.Stoltenberq mətbuat konfransında Rusiya ilə bağlı çıxışında bunları söyləyib: "Bölgədəki təhlükəsizlik vəziyyəti, Rusiyanın qonşularına qarşı təcavüzkar və sabitliyi pozan hərəkətləri, Ukrayna daxilində və ətrafındakı hərbi təhkimlilik mövzularını müzakirə etdik. Tətikdə olmağa davam etməli və gərginliyin yüksəlməsindən çəkinməliyik.

Nazirlər Rusiyanın gələcəkdə hər hansı bir təcavüzkarlığının böyük əvəzinin siyasi və iqtisadi nəticələr olacağını açıqca ifadə etdi”.

Ukrayna və Gürcüstanın NATO üzvü olmaq istədiklərini xatırladan NATO Baş katibi deyib: "Hər iki ölkənin torpaq bütövlüyü və suverenliyinə olan dəstəyimiz sarsılmazdır. Onlara dəstəyimizi artırmaqda qəralıyıq.

Rusiya müstəqil və suveren bir ölkəyə - Ukraynaya qarşı bir daha güc tətbiq edərsə, qarşılaşacağı nəticələrlə əlaqədar geniş bir yelpikdə variantlarımız var. Bunlara iqtisadi və maliyyə sanksiyaları, siyasi məhdudlaşdırmalar daxildir.

Rusiyanın 2014-cü ildə Krımı qeyri-qanuni ilhaqından sonra Baltik bölgəsi və Qara dənizdə NATO mövcudiyyətini artırdı. Ukraynaya hərbi təlim, mövqe inkişaf etdirmə, məsləhətləşmə və informasiya mübadiləsi kimi mövzularda dəstəklərimizi davam etdirəcəyik.

Toplantıya qatılan üzv ölkələrin nazirləri Əfqanıstandan da danışdılar.

NATO Əfqanıstandakı 20 illik missiyası dövründə terror hücumlarına qarşı maneə törədilməsi kimi mövzularda müvəffəqiyyətli oldu, ancaq vəzifə əsl məqsədindən saparaq sonra ölkənin qurulmasının planlaşdırılmasına keçdi. Genişlədilmiş vəzifə sahəsi ortaya çətinliklər çıxardı.

Əfqanıstan dərsləri NATO-nun gələcəkdəki böhran hakimiyyəti rolunu şəkilləndirəcək.

Əfqanıstanın yenidən terror təşkilatlarının yuvası olmaması üçün Talibanın beynəlxalq ictimaiyyətə verdiyi sözləri tutmasını gözləyirik.”

Bütün xəbərlər Facebook səhifəmizdə