NATO-dan Rusiyaya çətin çıxış: Nəticələri ağır olacaq!

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin davam etdiriləcəyini qeyd edib və Rusiyanın mümkün hücumunun Moskva üçün ağır və ciddi nəticələri olacağını bildirib. SİA xarici mətbuata istinadən bildidir ki, Rusiya ilə Ukrayna arasında illərdir davam edən böhranın yenidən alovlanması ilə bir-birinin ardınca bəyanatlar gəlməyə başlayıb. Stoltenberq Rusiyaya da sərt mesaj göndərərək, Ukraynaya qarşı gələcək təcavüzün baha başa gələcəyi və Moskva üçün ciddi siyasi və iqtisadi nəticələr verəcəyi barədə xəbərdarlığını təkrarlayıb.

Latviyanın paytaxtı Riqada keçirilən NATO Xarici İşlər Nazirləri toplantısından sonra danışan Stoltenberq NATO-nun Rusiyanı çəkindirmək üçün bir çox yollarının olduğunu bildirib. Stoltenberq həmçinin NATO-nun Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyin “sarsılmaz” olduğunu bildirib və Kiyevi “yaxın və əvəzolunmaz tərəfdaş” kimi qiymətləndirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...