Koronavirusa yoluxanların sayı 262 milyonu keçib - DÜNYADA

Dünyada COVID-19-a yoluxanların sayı 262 milyon 828 min 865-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, virusun dünyaya yayılmağa başladığı gündən indiyədək 5 milyon 215 min 686 nəfər COVID-19-a yoluxaraq dünyasını dəyişib.

ABŞ virusa yoluxanların və ölənlərin sayına görə lider qalmaqda davam edir, burada koronavirusa yoluxanların sayı 48 milyon 554 min 890 nəfər, ölənlərin sayının isə 780 min 140 nəfər olduğu açıqlanıb.

Ən çox yoluxma sayına görə ikinci yerdə 34 milyon 596 min 776 nəfərə çatan Hindistandır. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 469 min 247 nəfərə yüksəlib.

Epidemiya zamanı qeydə alınan 22 milyon 94 min 459 yoluxma və 614 min 681 nəfər ölüm hadisəsi ilə Braziliya dünyada üçüncü yerdədir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə