Yalnız real güc Tehranın nüvə proqramını dayandıra bilər - İsrail XİN

"Yalnız real güc Tehranın nüvə proqramını dayandıracaq". Bunu İsrailin xarici işlər naziri Yair Lapid Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib.

Tərəflər Vyanada İranın nüvə proqramı ilə bağlı demək olar ki, altı aylıq fasilədən sonra bazar ertəsi başlayan danışıqları müzakirə ediblər.

Lapid deyib ki, İran nüvə proqramını inkişaf etdirməyə davam etmək və iqtisadi sanksiyalardan xilas olmaq üçün sadəcə olaraq danışıqlarda vaxt qazanır. İsrailin yüksək rütbəli diplomatı da danışıqların nəticəsiz qalacağı təqdirdə effektiv “B planı”nın hazırlanmasının vacibliyini vurğulayıb: "İrana qarşı sanksiyalar ləğv edilə bilməz. Sanksiyalar sərtləşdirilməli, real hərbi təhdid tətbiq edilməlidir, çünki yalnız bu İranın nüvə yarışını dayandıracaq”.

Lapid söz verib ki, o, baş nazir Naftali Bennett və müdafiə naziri Benni Qantz dünyanı İranın nüvə təhlükəsindən xəbərdar etmək üçün işləməyə davam edəcəklər.

Xarici işlər naziri görüşü “isti” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə