Rusiya NATO təlimlərindən narahatdır?

"...NATO-nun Rusiya sərhədlərinə niyə yaxınlaşmasına dair suala məntiqli cavab yoxdur". SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib.

"Rusiya və Qərb cəmiyyəti arasında münasibətlər 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində "buludsuz" idi. NATO-nu bizim sərhədlərimizə doğru genişləndirmək nəyə gərək idi? Nə üçün? Bu suala kim cavab verə bilər? Bu suala məntiqli cavab yoxdur", - deyə Rusiya prezidenti qeyd edib.

O, həmçinin qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsindən narahatdır: "Rusiya Federasiyası da son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB