Koronavirus qurbanlarının sayı 133,8 mini ötüb

İtaliyada ötən gün COVID-19-a yoluxanların sayı 12 min 764 nəfər artaraq ümumilikdə 5 milyon 28 min 547-yə yüksəlib.

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində koronavirus qurbanlarının sayı 89 nəfər artaraq 133 min 828-ə çatıb.

Ölkədə son 24 saatda 719 min 972 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 194 min 270 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 683 nəfər, virusdan sağalanların sayı isə 8041 nəfər artaraq 4 milyon 700 min 449 olub.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində dekabrın 2-dən yanvarın 15-dək açıq hava maskadan istifadə məcburi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə