Finlandiya 2025-ci il üçün ATƏT-in sədri seçildi

Finlandiya 2025-ci il üçün ATƏT-in sədri seçilib.

SİA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda 2025-ci ildə təşkilatın 50 illiyinin qeyd ediləcəyi, onun əsasının 1975-ci ildə məhz Helsinki aktı ilə qoyulduğu xatırladılıb.

Məlumat üçün bildirək ki, sonuncu dəfə Finlandiya 2008-ci ildə ATƏT-ə sədrlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə